Xəzərdə 4 ay öncə batmış iki balıqçıdan birinin qalıqları tapılıb

30-06-2015, 13:19           
Xəzərdə 4 ay öncə batmış iki balıqçıdan birinin qalıqları tapılıb
Xəzər dənizinin Lənkəran ərazisində 4 ay öncə bataraq itkin düşmüş iki balıqçıdan birinin qalıqları tapılıb.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Şöbəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, aparılan müayinələrdən sonra antropometrik ölçülər dəqiqləşdirilərək qalıqların 22 yaşlı İbrahim Məmmədzadəyə aid olduğu müəyyənləşdirilib. Mərhumun anası da övladını məhz həmən geyimdə olduğunu təsdiqləyib.

Qeyd edək ki, itkin düşən balıqçıların hər ikisi Lənkəran rayonunun Balıqçılar qəsəbə sakinləri olub. 32 yaşlı Ceyhun Mahmudov və 22 yaşlı İbrahim Məmmədzadə birlikdə motorlu qayıqlarla balıq ovuna çıxıblar. Sahildən təxminən 15 kilometr aralandıqdan sonra külək qalxıb. Bundan sonra balıqçılardan xəbər tutan olmayıb. Həyata keçirilən axtarışlar isə heç bir nəticə verməyib. İbrahim Məmmədzadənin qalıqları dəniz kənarında qamışlıqda aşkar edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru