Füzuli Ələkbərov cüdoçu qızlara cavab olaraq telefonu söndürdü

2-07-2015, 17:00           
Füzuli Ələkbərov cüdoçu qızlara cavab olaraq telefonu söndürdü
Yenicə başa çatan I Avropa Oyunlarında Azərbaycan cüdoçuları uğursuz çıxışları ilə diqqət çəkib. Tatami üzərinə çıxan 18 cudoçumuzdan yalnız Orxan Səfərov uğur qazana bilib.

9 qadın və 9 kişi olmaqla 18 cudoçu arasında Orxan Səfərov gümüş medal qazanıb, digərləri uğursuzluğa düçar olublar..

teref.az yazır ki, uğursuzluqlarının səbəbləri haqda “Qafqazinfo”ya danışan seçmə komandanın qadın cüdoçuları Cüdo Federasiyanın ünvanına bir sıra ittihamlar səsləndirib, onlara diqqət göstərilmədiyi haqda iddialar irəli sürüblər.
Qadın idmançılar Cüdo Federasiyasının prezidenti Fizuli Ələkbərovun onlara diqqət göstərmədiyini, görüşmədiyini, oyunlardan əvvəl məşqlər üçün şəraitin yaradılmadığını, onlara pul ayrımadığını əsas gətirərək, uğursuzluqlarını ört-basdır etməyə çalışıblar.

Modern.az saytı səsləndirilən ittihamlara qarşı tərəfin münasibətini öyrənmək məqsədilə Cüdo Federasiyasının prezidenti Fizuli Ələkbərovla əlaqə saxlayıb. Telefon zəngimizə cavab verən F.Ələkbərov məsələ ilə bağlı sualımızı dinlədikdən sonra danışmaqdan imtina etdi və bunu bizi tanımaması ilə bağladı.
Sonra isə telefonu söndürdü.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru