Azərbaycanın döyüş helikopterləri cəbhə xəttində

7-07-2015, 15:49           
Azərbaycanın döyüş helikopterləri cəbhə xəttində
Nazirlik faktı təsdiqlədi. Bu gün səhər saatlarında Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus döyüş helikopterlərinin cəbhənin Füzuli rayonu istiqamətində uçuşları olub. Moderator.az xəbər verir ki, yerli sakinlərin “AzeriDefence”yə verdiyi məlumatına görə, döyüş helikopterlərimiz cəbhə xətti yaxınlığında qrup halında ərazilərin üzərində uçuşlar həyata keçiriblər. Müdafiə Nazirliyinin mətbuat xidməti “AzeriDefence”nin sorğusuna cavab olaraq faktı təsdiqləyib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, döyüş hazırlığı planına əsasən, Azərbaycanın Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri mütəmadi olaraq planlı şəkildə cəbhəboyu uçuşlar həyata keçirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru