Bakının bir prospektində “sarı zolaqlar” silinir

7-07-2015, 22:33           
Bakının bir prospektində “sarı zolaqlar” silinir
Bakının Ziya Bünyadov prospektində yerləşən iki hərəkət zolaqlı körpü və tunellərdə sıxlıq yaranmasının qarşısını almaq üçün Avropa Oyunları ilə əlaqədar çəkilmiş “sarı zolaqlar” silinir.

Bu barədə oxu.az-a Azərbaycan Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.
Onun sözlərinə görə, digər yerlərdə “sarı zolaqlar” qalmaqdadır.
Qeyd edək ki, iyulun 1-dən etibarən Avropa Oyunları zamanı çəkilmiş “sarı zolaqlar”dan minik avtomobilləri və ictimai nəqliyyat rahat şəkildə istifadə edə bilər. Yalnız yük avtomobillərindən başqa.
Zolaqlara daxil olan yük avtomobillərinin sürücüləri 40 manat cərimə olunacaqlar. Bir gün ərzində bu qayda bir neçə dəfə pozularsa həmin sürücü o qədər də cərimələnəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru