Sabiq məmura qarşı iş qaldırılır? - Külli miqdarda yeyinti ittihamı

8-07-2015, 23:03           
Sabiq məmura qarşı iş qaldırılır? - Külli miqdarda yeyinti ittihamı
Elə bu dəqiqələrdə aldığımız məlumatlardan aydın olur ki, "Aqrolizinq"in sabiq rəhbəri Əli Bayramovla bağlı hüquqi araşdırmalarala başlanılıb. Xəbəri DİA.AZ-a verən mənbə iddia edir ki, "Aqrolizinq"in bir neçə rayon şöbəsi ilə bağlı aparılan təftiş işlərinin yekunu olaraq belə bir qərar verilib.

Mənbənin dia.az-a söylədikləri: "Əli Bayramov külli miqdarda vəsaiti mənimsəməkdə ittiham olunur".

Qeyd edək ki, Əli Bayramov keçmiş kənd təsərüftı naziri, hazırda baş nazirin müavini postunu tutan İsmət Abbasova yaxın fiqur hesab olunur.

Əlavə bilgilər verəcəyik.

İddia olunanlarla bağlı bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru