Bu ərazilərdə sarı zolaqlar qüvvədə qalacaq VİDEO

9-07-2015, 00:09           
Bu ərazilərdə sarı zolaqlar qüvvədə qalacaq VİDEO
Avropa Oyunları öncəsi paytaxtın müəyyən küçə və prospektinə çəkilmiş sarı xəttlər bəzi ərazilərdə silinməyə başlanıb. Təqdim olunan videogörüntülər paytaxtın Nərimanov rayonu Ziya Bünyadov prospektindəndir. Oyunlar zolağının bir neçə metri silindkcə digər hissələrinə də qırıq-qırıq ağ boya vurulur. Bu, o deməkdir ki, həmin ərazidə istənilən avtomobil hərəkət edə bilər. İşi 'Azəryolservis' ASC-nin əməkdaşları həyata keçirir.

Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin verdiyi məlumata görə, bu işlərə ilk olaraq Ziya Bünyadov prospektində başlanıb. Sonra Tiflis prospektinin iki zolaqlı ərazisində işlərə start veriləcək. Ancaq yük avtomobillərinə qadağan edilmiş sarı xətlər 3 və 4 zolaqlı yollarda silinməyəcək. Zolaqlara daxil olan yük avtomobillərinin sürücüləri 40 manat cərimə olunacaqlar. Bir gün ərzində bu qayda bir neçə dəfə pozularsa, həmin sürücü o qədər də cərimələnəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru