Məmur oğlu ona yol verməyən "KaMaz" sürücüsünü döydü - SUMQAYITDA

16-07-2015, 23:58           
Məmur oğlu ona yol verməyən "KaMaz" sürücüsünü döydü - SUMQAYITDA
Azərbaycanda daha bir yüksək vəzifəli məmur oğlunun qudurğan hərəkəti qeydə alınıb.

“Qafqazinfo”nun məlumatına görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Kömitəsinin sədr müavini Gəray Fərhadovun oğlu küçənin ortasında “KaMaz” markalı avtomobil sürücüsünü döyüb. Hadisə Sumqayıt şəhərində baş verib. Sədr müavininin oğlu Elvin Fərhadov yolda ötmə əməliyyatı etmək istəyərkən “KaMaz” sürücüsü ona mane olub. Buna əsəbiləşən Elvin Fərhadov dostları ilə birgə sürücünün qabağını kəsib, möhkəmcə əzişdirib. Nurlan adlı sürücü Sumqayıt şəhər Travmatoloji Xəstəxanasına yerləşdirilib.

Hadisəni polis tərəfindən qeydə alınıb-alınmadığı barədə məlumat yoxdur.

Qeyd edək ki, Azərbaycanda məmur övladlarının harın hərəkətləri ilə bağlı dəfələrlə ölkə başçısı səviyyəsində sərt xəbərdarlıqlar edilib. Övladları qudurğan hərəkətlər edən məmurların cəzalandırılacağı qeyd olunub.

Xatırladaq ki, Gəray Fərhadov sədr müavini olsa da, əslində onun nəzarətində böyük maliyyə tutumu olan işlər var. Beləki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Kömitəsi tərəfindən həyata keçirilən bütün tikintilər sözügedən şəxsin nəzarətindədir.
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru