Azərbaycanda dəhşətli dava- 4 nəfər ağır yaralandı

26-07-2015, 12:01           

Daşkəsən rayonunda baş verən kütləvi dava nəticəsində dörd nəfər xəsarət alıb.


teref.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Əmirvar kəndinin ərazisində baş verib.

Belə ki, Şəmkir rayonunun Könüllü kəndinin sakinləri sürülərini otarmaq məqsədi ilə heyvanlarını Daşkəsən rayonunun ərazisindəki yaylaqlara gətiriblər.

İddiaya görə, yolda heyvanların bir hissəsi Daşkəsən rayonunun Əmirvar kənd sakinləri Alim Alıyev və Fariz Məmmədova məxsus torpaq sahələrinə keçiblər.

Nəticədə çobanlarla torpaq sahibləri arasında yaranan mübahisə münaqişəyə çevrilib.

Kütləvi dava nəticəsində 1990-cı il təvəllüdlü Alim Alıyev beyin silkələnməsi diaqnozu ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Kəllə-beyin travması alan Fariz Məmmədovun vəziyyətinin ağır olduğu və Bakıya göndərildiyi bildirilir.

Daha iki həfərə ambulator yardım göstərilib.

Fakta bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru