Azərbaycanda eşşəklərin sayı kəskin azalıb - Statistika

28-07-2015, 11:16           
Azərbaycanda eşşəklərin sayı kəskin azalıb - Statistika
“Azərbaycandan xarici ölkələrə və xarici ölkələrdən Azərbaycana uzunqulaq (eşşək) ixracı və idxalı olmayıb”. Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumatda bildirilir ki, 2015-ci ilin yanvar ayının 1-ə olan məlumata görə, Azərbaycanda 39 992 uzunqulaq mövcuddur.

Ötən ilin eyno dövrü ilə müqayisədə eşşəklərin sayı 3433 baş və ya 7,9 faiz azalıb. Uzunqulaqların çox hissəsindən, yəni 78,3 faizi regionlarımızda əsasən yük daşımalarında istifadə olunur. Eşşəklərdən daha çox Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Samux,Göygöl, Goranboy, Şəki, Astara, Lerik, Yardımlı, Cəlilabad,Xaçmaz, Sabirabad, Ağsu, Şamaxı,Şərur və Şahbuz rayonlarında istifadə edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru