"Eşşək" ləqəbli sabiq deputat-oliqarxın evini pulemyotçular mühasirəyə aldı...

Dünən, 09:46           
"Eşşək" ləqəbli sabiq deputat-oliqarxın evini pulemyotçular mühasirəyə aldı...
"Biz Qagik Tsarukyanın evinin yaxınlığındayıq, hazırda axtarış aparılır, hərbi geyimdə pulemyotçular var, ev mühasirəyə alınıb".

Moderator.az xəbər verir ki, News.am-ın son dəqiqələrdə yazdığına görə, bu barədə "Çiçəklənən Ermənistan" partiyasının üzvü Arman Abovyan sosial media səhifəsində məlumat verib.

"Hazırda əməliyyatlar davam edir, bu saat nə olduğunu bilmirik, amma bilirik ki, ev əsasən əhatəyə alınıb və bəzi əməliyyatlar evin içərisində aparılır, hələlik bu qədər", - deyə o, qeyd edib.

Xatırladaq ki, bir neçə gün əvvəl prokurorluq Mərkəzi Seçki Komissiyasına Qagik Tsarukyanın toxunulmazlığının ləğvi ilə bağlı vəsatət təqdim etmişdi və bu, heç vaxt müzakirə olunmamışdı.

Moderator.az xatırladır ki, işğal dövründə keçmiş Dağlıq Qarabağda məskunlaşmı. ermənilər arasında Xocalı və 1 Mart canisi Robert Köçəryanın dostu və "eşşək" ləqəbi ilə tanınan Qagik Tsarukyanın rəhbərlik etdiyi "Çiçəklənən Ermənistan" partiyası 2026-cı il iyunun 7-də keçirilən parlament seçkilərində partiyalar üçün nəzərdə tutulan 4%-lik minimum keçid həddini tam 4,00%-lik həddi keçə bilmədiyindən parlamentə düşə bilməyib...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru