İBRƏTLİ HEKAYƏT: NASUHUN SINAĞI

11-10-2025, 12:04           
İBRƏTLİ HEKAYƏT: NASUHUN SINAĞI
Uzun illər əvvəl İsrail torpağında Nasuh adlı varlı bir sultan yaşayırdı. O, həm böyük sərvət sahibi idi, həm də dörd yüzdən çox şəhəri idarə edirdi. Bir gecə səssizliyin içində onu dərindən sarsıdan bir səs eşitdi. Bu səs ona bu dünyanın keçiciliyini xatırlatdı:
-Dünya malı bu dünyada qalır. Atalarınız özləri ilə heç nə götürməyiblər, sən də götürməyəcəksən.
Nasuh bu an sarsıntı içində düşündü: "Həqiqətən də belədir. O qədər var-dövlət, o qədər şəhərlər... Onların heç biri axirətə getməyəcək. Elə isə, nə üçün var-dövlətə, günaha həris olmaq lazımdır? İnsan malının yox, Allahın sevdasında olmalı".
Nasuh bu düşüncə ilə taxt-tacını və sultanlığını tərk edir. Səhrada gəzib dolaşır, axır gəlib bir mağaraya sığınır. Günlərlə ac-susuz ibadət edib namaz qılır, ancaq dua edirdi. Bir müddət sonra yemək axtarmaq üçün yoola düşür. Səhrada qarşısına bir qoyun çıxır. Sahibini axtarsa ​​da, tapa bilməyir.
“Mən onu canavarlardan qoruyacağam, sahibi qayıtsa, qaytararam” deyə düşünür. Qoyunun yelinləri südlə dolmuşdu, heyvan əziyyət çəkirdi. Nəsuh onu həm sağır, həm də heyvana təsəlli verir, həm də yemləyirdi.
Aylar keçdi, qoyun bala verdi. Nəsuh südü quzularla bölüşdü. Zaman keçdikcə sürü böyüdü və çoxaldı. Var-dövlətindən qaçan Nəsuhun ətrafını yenidən böyük bir bolluq bürüdü. Tacirlər gəlib heyvan alırdılar, o da bunun müqabilində onlardan dəvə alırdı.
Bunu görən Cəbrayıl Allahdan soruşdu:
-"Ya Rəbb, hanı Nəsuh var-dövlətini atmışdı? O, yenə sürülər arasındadır, yenidən zənginləşir".
Allah buyurdu:
-"Yox, var-dövlət üçün yaşamır. Əmanəti qoruyur. İstəyirsinizsə, sınayın və görən."
Cəbrayıl çoban libasına girib Nəsuhun yanına gedir. Ona illər əvvəl itirdiyi qoyununu axtardığını söyləyir. Nəsuh tərəddüd etmədən cavab verir:
-"Mən də bir qoyun tapmışdım. Satdım ki, yaşasın, pulu da budu. Hətta quzulayıb çoxaldı. Bu mülkün hamısı sənindir. Mən sadəcə əmanətçiyəm".
Sonra köhnə paltarını geyinib çobana tərəf döndü:
-“Üstəlik, sənin qoyununun südündən də icazəsiz içmişəm, məni bağışla. Halallıq ver”.
Çoban təkidlə dedi:
-"Mən halallıq verməyəcəyəm! Bütün bunları icazəsiz etmisən!"
Nəsuh göz yaşları içində yalvarmağa başlayır:
-"Onda məni qul kimi sat. Südünün puluna hesab elə. İstəsən ömürlük sənin qulun da olmağa razıyam. Yetər ki, mənə halallıq ver!"
Nəsuhun səmimiyyəti, göz yaşları göyləri titrədi. Mələklər onun üçün ağladı. Bu zaman Allahın səsi gəldi:
-"Bəsdir! Özünü ona tanıt." Cəbrayıl Nasuhun kürəyini oxşayıb dedi:
-"Mən Cəbrayılam. Səni sınamağa gəlmişəm. Müvəffəq oldun. O qoyun da, südü də, malı da sənə halaldır. Çünki onlar Allahın hədiyyələridir."
Beləliklə, Nəsuh dünya malının qulu olmadığını, Allah yolunda ixlasla yaşadığını sübut etdi.
Onun hekayəsi sübut etdi ki, pul, var-dövlət sərvət deyil, iman və təslimiyyət (Tam ixlas və təslim olmaq, gördüyün işi yalnız Allahı razı salmaq, Allah naminə və Allah rizası üçün etmək deməkdir) əsl sərvətdir.
Esmira ŞÜKÜROVA
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]