Alimlər ilan zəhərinə qarşı geniş spektrli yeni antidot hazırlayıb
Bu gün, 10:24
Hər il ilan sancmaları dünyada 100 mindən çox insanın ölümünə, yüz minlərlə insanın əlil qalmasına səbəb olur.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, Danimarka Texniki Universitetinin tədqiqatçıları artıq bir çox insanın həyatını xilas edə biləcək yeni bir müalicə vasitəsi hazırlayıblar.
Məlumata görə, beynəlxalq komanda mambalar, kobralar və halqalı ilanlar da daxil olmaqla 17 Afrika ilan növünün zəhərinə qarşı təsirli olan geniş spektrli bir antidot hazırlayıb.
Alimlər immunizasiya olunmuş atlardan anticisimlər alınması üzrə ənənəvi üsul əvəzinə, dəvələrdən, lamalardan və alpakalardan faq displeyindən istifadə yolu ilə əldə olunan anticisimlərdən istifadə ediblər. Bu nanocisimlər klinikayaqədərki sınaqlarda yüksək effektivlik və stabillik nümayiş etdirib.