Şəmsəddin Muradovun rəhbərlik etdiyi zavodda maaş qalmaqalı məhkəmədə - TƏFƏRRÜAT

Bu gün, 00:09           
Şəmsəddin Muradovun rəhbərlik etdiyi zavodda maaş qalmaqalı məhkəmədə - TƏFƏRRÜAT
Yevlaxda fəaliyyət göstərən iri kərpic istehsalı müəssisəsi “BLOKSİ” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) uzun müddətdir əmək haqqı ödənişləri ilə bağlı qalmaqalla gündəmdədir. Müəssisənin rəhbəri Şəmsəddin Muradov işçilərin maaşlarının verilməməsi və əmək hüquqlarının pozulması ilə bağlı şikayətlərin mərkəzindədir.

Teleqraf xəbər verir ki, zavodda çalışan işçilər əmək haqlarını ala bilmədikləri üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə (DƏMX) müraciət edib. Nazirliyin apardığı yoxlama nəticəsində müəssisədə əmək haqqı ödənişlərində ciddi pozuntular aşkar edilib.

Nəticədə “BLOKSİ” MMC barəsində inzibati protokol tərtib olunub. Lakin Yevlax Rayon Məhkəməsi protokolu əsassız sayaraq ləğv edib.

Dövlət Əmək Müfəttişliyi Xidməti Yevlax Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verərək, müəssisə rəhbərliyinin cərimələnməsini tələb edib. Şəki Apellyasiya Məhkəməsi isə şikayəti qismən təmin edərək, işi yenidən araşdırılması üçün Yevlax Rayon Məhkəməsinə göndərib.

Hazırda məsələ məhkəmədə araşdırılır. İşçilər isə Şəmsəddin Muradovdan əmək haqlarının tam şəkildə və qanuni qaydada ödənilməsini tələb edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]