Nüvə silahı İsraildə, ən güclü bombalar İsraildə... İstədiyi anda Qəzzaya zərbə endirə bilər. Necə olur ki, günahsızdır? İsrail uşaqlara qarşı aclığı ölümcül silah olaraq istifadə etdi. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“İsrailin yalançı təbliğat maşını qarşısında həqiqəti dünyaya çatdırmağa çalışaraq həyatlarını təhlükəyə atan 270 jurnalist qətlə yetirilib. Qəzzada demək olar ki, bir dənə də olsun dağılmamış bina qalmayıb. Məktəblər, kilsələr, məscidlər və xəstəxanalar bombalanıb. Nə deyirlər? "İsrail günahsızdır". Necə günahsızdır? Qlobal sülhün və sabitliyin qorunmasından məsul olan qurumlar qırğınları dayandırmaq, soyqırımın qarşısını almaq və ya uşaqların həyatını xilas etmək üçün heç bir addım atmayıblar. Türkiyə Qəzzanı mümkün qədər tez bərpa etmək üçün əlindən gələni etməyə hazırdır”, - deyə Ərdoğan bildirib.