Dövlət qurumlarına məxsus avtomobillər hərraca çıxarılır - QİYMƏTLƏR
Bu gün, 07:55
9 dekabr tarixində "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi"nə məxsus 3 və "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi"nə məxsus 2 avtomobil dövlət hərracına çıxarılacaq.
Valyuta.az xəbər evrir ki, hərraca çıxarılan "Xarici İşlər Nazirliyi"nə məxsus hər üç nəqliyyat vasitəsi "Khazar Peugeot" markalı minik avtomobilləridir.
Onların buraxılış ili 2019-cu ildir. Bu avtomobillər fərqli qiymətlərlə satışa çıxarılacaq: biri 9225 manat, digər ikisi isə 7380 manat qiyməti ilə təklif olunur.
"Fövqəladə Hallar Nazirliyi"nə məxsus iki avtomobildən biri 2006-cı il buraxılışlı "Chevrolet Niva 212300L" markalı minik avtomobilidir və 3300 manata satışa çıxarılacaq. Digər avtomobil isə 2006-cı il buraxılışlı "VAZ 21214" markalı minik avtomobilidir və onun start qiyməti 3000 manat olaraq müəyyənləşdirilib.
Bundan əlavə, "Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsi"nə məxsus 2022-ci il buraxılışlı "Khazar SD" markalı minik avtomobili də hərraca çıxarılacaq. Avtomobilin ilkin satış qiyməti 14,000 manat olaraq təyin edilib.