Bloqqerlərə tibbi və maliyyə mövzusunda məsləhət vermək qadağan edildi

Bu gün, 10:34           
Bloqqerlərə tibbi və maliyyə mövzusunda məsləhət vermək qadağan edildi
Çin hakimiyyəti sosial şəbəkələrdə yayılan yanlış məlumatların qarşısını almaq məqsədilə yeni qaydalar tətbiq edib.

TEREF xəbər verir ki, qəbul edilən qanuna əsasən, tibbi, hüquqi, maliyyə və digər ixtisas sahələrinə aid məsləhətlər yalnız bu sahələrdə müvafiq ali təhsili olan şəxslər tərəfindən verilə bilər. Qanunun məqsədi vətəndaşları dezinformasiya və təhlükəli tövsiyələrdən qorumaqdır.

Yeni qaydalara görə, sosial şəbəkələrin moderatorları bloqqerlərin təhsilləri barədə sübut təqdim etmələrinə nəzarət edəcək. Əks halda, onlar yalnız etibarlı mənbələrə istinad etməli və ya paylaşılan məlumatların düzgünlüyünə görə məsuliyyəti öz üzərlərinə götürməlidirlər.

Bundan əlavə, sənəd dərman vasitələri, bioloji aktiv əlavələr və sağlam qidalar haqqında gizli reklamların qarşısını almağı da hədəfləyir. Qaydalara əsasən, bu sahədəki reklam məzmunu ciddi məhdudiyyətlərə məruz qalacaq.//Musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]