Qusarda meşəbəyi həbs edildi – Rüşvətdə ittiham olunur

Bu gün, 00:10           
Qusarda meşəbəyi həbs edildi –
Qusarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yanında Meşələrin İnkişafı Xidmətinin 5 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Hil meşəbəyliyinin meşə gözətçisi vəzifəsində işləmiş Zahid Abuyev həbs edilib.

Onun barəsində rayon prokurorluğunda cinayət işi başlanıb.

İlkin istintaqla müəyyən edilib ki, Zahid Abuyev Qusarın Kirig, Cibir və Ləcət kəndlərinin ərazisində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, vəzifə mövqeyindən qanunsuz şəkildə istifadə etməklə sakinlərdən müxtəlif məbləğlərdə rüşvət alıb. O, vəzifə borclarının icrası ilə bağlı qanunsuz üstünlüklər əldə etməyə çalışıb və təkrarən rüşvət almaqda şübhəli bilinir.

Qusar Rayon Prokurorluğunda aparılan istintaq zamanı müəyyən olunub ki, Abuyev Zahid Abuzahir oğlu xidməti mövqeyindən sui-istifadə edərək təbiət abidələrinin, meşə sahələrinin və digər qorunan ərazilərin mühafizəsi üzrə vəzifə səlahiyyətlərini kobud şəkildə pozub.

Faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311.3.2 və 311.3.4-cü (təkrar rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.

Məhkəmənin bu gün verdiyi qərarla z.Abuyevin barəsində həbs-qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]