Skott Bessent Sinqapurun Baş naziri ilə görüşüb

Bu gün, 09:24           
Skott Bessent Sinqapurun Baş naziri ilə görüşüb
ABŞ maliyyə naziri Skott Bessent Sinqapurun Baş naziri Lorens Vonqla görüşünün mövzularından birinin Rusiya və İran neftinin idxalının dayandırılması olduğunu açıqlayıb.

"Report" Bessentin sosial şəbəkə paylaşımına istinadən xəbər verir ki, görüş Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) forumu çərçivəsində baş tutub.

Bessentin sözlərinə görə, tərəflər ABŞ dollarına bağlı rəqəmsal aktivlərin və stabilkoinlərin istifadəsinin genişləndirilməsi də daxil olmaqla, əsas qlobal iqtisadi prioritetləri müzakirə ediblər.

Amerikalı nazir region ölkələrinin Rusiya və İrandan neft tədarükündən asılılığının azaldılması, eləcə də ABŞ aktivlərinə onların davam etməkdə olan kapital axınının qarşısının alınması üçün birgə səylərin vacibliyini vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]