Əsərin adını necə tərcümə etməli?

26-01-2026, 10:34           
Əsərin adını necə tərcümə etməli?
Məşhur Amerika yazıçısı Nell Harper Li (1926-1916) bir çox əsərlərin müəllifidir. Lakin ədibəni dünyada məşhur edən onun «To Kill a Mockingbird» adlı romanıdır. Əsər dünyanın 40-dan çox dilinə tərcümə olunub. Yəqin hamıya təəccüblü gələn əsərin adının bu təqdimatın ilk cümləsində dilimizdə deyil, orijinalda, yəni ingilis dilində olduğu kimi verilməsidir. Mən ingilis dili mütəxəssisi deyiləm. Heç özümü rus dili mütəxəssisi də hesab etmirəm. Amma və lakin ... Məşhur müəllif, yəni ədibə Li haqqında məlumat xarakterli bir məqalə yamaq istəyirdim. Amma adda “ilişib” qaldım. Rusca həmin məşhur əsər bu adla tərcümə eilib: “Убить пересмешника”. Lap yaxşı. Bəs görəsən bu “peresmenşik” dilimizdə necədir, ümumiyyətlə bizdə belə bir söz varmı? Sözün qarışığını axtarıram, tapa bilmirəm. Düzdür, bəzi mənbələrdə həmin söz “bülbül”, bəzilərində isə “tutuquşu” kimi tərcümə olunub. Lakin hamımıza məlumdur ki, həm bülbülün, həm də tutuquşun ruscada öz konkret ifadəsi var. Əlbəttə, kitabın adındakı “smeşnik” sözü tanışdır, lakin “gülmək” feli hələ nəyisə ifadə etmir. Bir çox türk xalqlarının dilində isə bu söz təxminən belə səslənir: “Masxara” (özbəkcə), Kükdirgi (qazaxca), Külküçü (qırğızca)... Amma mənim bu “quşlardan”, daha doğrusu bu adlardan ağlım bir şey kəsdirmir.
Hətta, bir xeyli götür-qoy edib özüm üçün həmin quşun adını dilimizdə “Güləyən quş” kimi ifadə etmək istədim. Amma bizdə elə quş və ya quş adı yoxdur axı.
Sən demə, Türkiyə türkcəsində bu «To Kill a Mockingbird»ın, yəni “peresmenşik” dediyimiz quşun konkret adı varmış: “Alayçı quş”.
Bəs “alayçı” nədir? Bu ifadə türkcədə “küsümləmə”, “aşağılama”, “iztehza etmək” anlamına gəlir.
Deyilənə görə bu quşun vətəni Cənubi Amerikadır. Görünür, uçub roman adına qonmuş bu quşun Türkiyədə də qohumları var...
Elə qələmə aldığım yazıda da xanım Linin məşhur romanının adını türkcəyə yaxın yozumda bu cür ifadə edəsi oldum: “Alaycı quşu öldürmək”.
Başqa variant var? Zənnimcə, yoxdur.
F.M.
fotoda: Nell Li gənclikdə, ikinci gənclikdə və Prezident Buş ilə.
Фируз Мустафа
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]