İşğalçı XI qırmızı ordunu Azərbaycana kimlər "dəvət etdi" və onların sonrakı aqibəti

Bu gün, 15:54           
İşğalçı XI qırmızı ordunu Azərbaycana kimlər "dəvət etdi" və onların sonrakı aqibəti
Teleqramda Azərbaycan Cümhuriyyətinin başçıları "vətən xaini" elan olunurdu.
İşğalçı XI qırmızı ordunu Azərbaycana formal olaraq dəvət edən həmin o məşum teleqramı sizə təqdim edirik. Halbuki ordu artıq 27 aprel 1920-ci ildə Azərbaycanı işğal etmişdi, bu teleqram isə onu leqallaşdırmaq üçün sonradan atılmış formal bir addım idi.
"Moskva.Leninə.
Bakı şəhərinin inqilabçı proletariatının və Azərbaycanın zəhmətkeş kəndlilərinin iradəsi ilə hakimiyyətə gəlmiş Müstəqil Azərbaycan Şura Cümhuriyyətinin Müvəqqəti Hərbi-İnqilab Komitəsi, köhnə müsavatçı hökuməti vətən xaini və ölkənin müstəqilliyinin düşməni elan edərək, Antanta və Sovet Rusiyasının digər düşmənləri ilə hər cür münasibəti kəsir. Xarici və daxili əks-inqilabın birləşmiş dəstələrinin hücumunun qarşısını öz qüvvələri ilə almaq imkanına malik olmayan Azərbaycanın Hərbi-İnqilab Komitəsi Rusiya Sovet Respublikası hökumətinə dünya imperializminə qarşı birgə mübarizə üçün qardaşlıq ittifaqına daxil olmağı təklif edir və Qırmızı Ordu hissələrini göndərməklə təcili olaraq real köməklik göstərilməsini xahiş edir."
Azərbaycan Şura Cümhuriyyətinin Hərbi-İnqilab komitəsi:
Nəriman Nərimanov, Mirzə Davud Hüseynov, Musabəyov, Həmid Sultanov və Əliheydər Qarayev. 28 aprel 1920-ci il.
Teleqramı göndərən N. Nərimanov sonralar müəmmalı şəkildə vəfat edir, silahdaşları isə isə xidmət etdikləri sovet işğal rejimi tərəfindən vətən xaini kimi güllələnirlər.
Azərbaycan Tarixi












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru