Azneft İB Neft Daşlarında zərərli işlərdə işləyən neftçilərin 4 aydır ki, gündəlik müalicə-profilaktik yeməkləri verilmir
Bu gün, 11:12
Təşkilatımıza daxil olan məlumatda deyilir ki, Azneft İB Neft Daşlarınin özüllərdə zərərli işdə çalışan işçiləri 4 aydır ki, gündəlik müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan məhsullar ilə, təmin edilmir. TEREF yazıııır ki, bunu Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatınn sədri Mirvari Gahramanli yazır. Daha sonra Mirvari xanım yazır: Əgər aldığım məlumat öz təsdiqini taparsa bu halda müvafiq qurum( məsul şəxs) tərəfindən, ARƏM Maddə 215. (Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələri -əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsini təmin edir) pozulur . Bu halda zərərli sahədə çalışan işçilərin sağlamlığına ziyan vurmuş olursunuz. Onu da qeyd edim ki,süd,yaxud süd məhsulları hər gün verilməlidir.Ayda bir dəfə YOX! Mirvari Gahramanli TEREF