Tehran: Hörmüz boğazındakı vəziyyətə görə məsuliyyət Vaşinqtondadır
Bu gün, 11:44
İranın BMT yanında Daimi Nümayəndəliyi Hörmüz boğazı ətrafında təhlükəsizlik vəziyyətinin pisləşməsinə görə məsuliyyətin ABŞ-nin üzərinə düşdüyünü açıqlayıb.
Məlumata görə, İran 1982-ci il Dəniz Hüququ Konvensiyası-na qoşulmadığını və bu sənədin müddəalarını icra etməyə məcbur olmadığını bildirir. Eyni zamanda, ölkə özünü əsas sahilyanı dövlət kimi təqdim edərək, boğazda təhlükəsizlik risklərinə qarşı tədbirlər görmək və hərbi xarakterli sui-istifadələrin qarşısını almaq hüququna malik olduğunu vurğulayır.
Bəyanatda qeyd olunur ki, dəniz daşımalarında baş verən pozuntular və onların nəticələrinə görə məsuliyyət ABŞ-yə aiddir. İran tərəfi həmçinin bildirir ki, bölgədə uzunmüddətli sabitlik yalnız ona qarşı təcavüzün dayandırılması, bunun təkrarlanmayacağına dair etibarlı təminatların verilməsi və ölkənin suveren hüquqlarına tam hörmət göstərilməsi ilə mümkündür.