Heç 150 il də çəkmədi, bəs deyirdilər, Lenin əbədi yaşayacaq!

Bu gün, 16:14           
Heç 150 il də çəkmədi, bəs deyirdilər, Lenin əbədi yaşayacaq!
Lənətlənmiş adla yaşayacaqmış. Kazanda olanda onun oxuduğu universitetə, doğulduğu Ulyanovska da baş çəkdim. Gördüm, Lenin hər mənada ölüb. Müşahidələrimi “Tatar çölü Rusiya” adlı yazıda belə qeyd elədim:
“Totalitar rejimlər elə istedadla saxta tarix uydururlar ki, adamları inandıra bilsinlər.
…Bauman küçəsindən burulub gəzə-gəzə məşhur Kazan universitetinə gəlirsən. Dünya proletarlarının rəhbəri Vladimir Lenin burada oxuyurmuş. Universitetin qarşısında onun tələbə vaxtının heykəli ucaldılıb. Sovet tarix kitabları onun inqilabi fəaliyyətinə görə buradan qovulduğunu yazır. Daha o vaxtkı avam deyilik ki, hər yazılana inanaq.
Lenin Kazan universitetində cəmi 4 ay, 1887-ci ilin 13 avqustundan 5 dekabrınacan oxuyub. Özü də onu hansısa inqilabi fəaliyyətinə-zada görə yox, tələbə adına yaraşmayan oğru “razborka”sında iştiraka görə universitetdən qovublar.
Tatarıstan Milli muzeyinin bütöv bir divarını tutan nəhəng tabloda isə gənc Ulyanov tələbə dostları qarşısında inqilabi təbliğat çıxışı edir. Bütün saxta qəhrəman obrazları tarixin həqiqət küləkləri ilə sovrulur. Lenin də, onunla bağlı hər şey də beləcə.
Ulyanovska gedəndə tarixin bu acı ironiyasına şahid oldum. Bu vilayətin Tatarıstanla sərhədində. Varlı Tatarıstanın sərhədi şüşə kimi hamar asfalt yol çala-çuxurla, yaraşıqlı evlərin tikildiyi abad tatar kəndləri nimdaş, yarı uçuq, tərk edilmiş rus kəndləriylə əvəz olunanda.
Lenin burada doğulub deyə bir vaxtlar Ulyanovsk şəhərinin dövlət səviyyəsində xüsusi imtiyazı vardı. Ətraf yerlərdən camaat tapa bilmədiyi ərzağı, başqa malları burada tapardılar. Ac Volqaboyu ellər içində bura cənnət köşəsiydi. Lenin və onun ideyaları ölən kimi şəhər köhnə Simbirsk halına qayıtdı.
Vahid Qazi
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru