Ramiz Mehdiyev nəvəsi milyonluq sərvəti ilə Avropa və Şərq dünyasının gündəmini “top kimi oynadır”

Bu gün, 10:37           
Ramiz Mehdiyev nəvəsi milyonluq sərvəti ilə Avropa və Şərq dünyasının gündəmini “top kimi oynadır”
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin nəvəsi Hikmət Əliyev zaman-zaman dəyəri milyonlarla hesablanan sərvəti ilə ölkə mediasının gündəminə gəlib, onun lüks yaşamı sosial mediada geniş müzakirələrə səbəb olub. Xatırladaq ki, “milyoner nəvə” 2025-ci ildə daha çox Dubay macəraları və bahalı avtomobillərlə gündəmə gəlib. O zaman bununla bağlı ölkə mediasında çoxsaylı məqalələr dərc olunmuş, videomateriallr yer almışdı. (https://unikal.az/news/503622/ramiz-mehdiyevin-nevesi-bakida-630-min-manatliq-masinla-gezir-video ).

Bugünlərdə əldə etdiyimiz məlumata görə Ramiz Mehdiyevin nəvəsi Birləşmiş Ərəb Əmirliyi ilə yanaşı Türkiyə, Fransa, İngiltərə, Serbiya dövlətlərində də öz biznes və daşınmaz əmlak şəbəkəsini sürətlə genişləndirməkdədir. Belə ki, keçmiş məmurun nəvəsi bu ölkələrdə əsasən villalar və ictimai iaşə obyektləri alıb ki, onların bir çoxu qısa müddət sonra icarəyə verilib.
TEREF xəbər verir ki, bunu poçtumuza daxil olan məqalədə müəllif yazır. Daha sonra müəllif yazır:
Bununla yanaşı, son bir il əzində Hikmət Əliyev öz avtomobil kolleksiyasını əhəmiyyətli dərəcədə genişləndirib, bu kolleksiyanı həm say, həm də dəyər baxımından daha da zənginləşdirib.

Ramiz Mehdiyevin nəvəsi son bir ildə Avropa və Şərq ölkələrində əyləncələrə xərclədiyi böyük pullarla da diqqət çəkməyə başlayıb. Artıq Hikmət Əliyevin xarici ölkələrdəki bəzi media orqanları və blogerlərin diqqət mərkəzinə düşdüyü iddia olunur. Bu isə o deməkdir ki, Avropa və Şərq dünyasının gündəmini “top kimi oynadan” Hikmət Əliyev, öz lüks yaşamı və sərhəd bilməyən əyləncələri ilə Azərbaycanın adını gəzib-dolaşdığı ölkələrdə mənfi mənada yenidən məşhurlaşdıra bilər.

Ümid edirik ki, “milyoner nəvə” əyləncələrdən yorulduğu zaman Qarabağdakı nəhəng quruculuq prosesini də yada salacaq və gec də olsa bu müqəddəs işə az da olsa pul xərcləmək zəhmətinə qatlaşacaq.
TEREF qeyd etmək istəyir ki, sosial şəbəkələrdədə bu barədə məlumatlar gedmişdi və təkzib olunmamışd.
https://www.instagram.com/reel/DQZn32PjREe/















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru