Rusiya diplomatının G20 tədbirlərinə buraxılmamasına görə ABŞ-a demarş elan edib

Bu gün, 09:24           
Rusiya diplomatının G20 tədbirlərinə buraxılmamasına görə ABŞ-a demarş elan edib
ABŞ Rusiya nümayəndəsinin G20 sammiti öncəsi tədbirlərdə iştirakına icazə verməyib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) departament direktoru Dmitri Biriçevski bildirib.

O, Rusiyanın ABŞ tərəfinə demarş elan etdiyini qeyd edib.

Diplomatın sözlərinə görə, amerikalılar əlində vizası olan şəxsi kənarlaşdırmaqla texniki səhvə yol veriblər.

“Bu vəziyyət göstərir ki, Birləşmiş Ştatlar ona həvalə edilmiş bütün sədrlik funksiyalarını tam vicdanla yerinə yetirmək iqtidarında deyil”, - Biriçevski əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru