Keçmiş diplomatlar qazancda ittiham olunur

Bu gün, 10:24           
Keçmiş diplomatlar qazancda ittiham olunur
Norveç Epşteyn ilə əlaqəsi olan keçmiş diplomatların istintaqında Fransa ilə əməkdaşlıq edəcək.

"Cebheinfo.az" xəbər verir ki, "Okokrim"in (Norveç İqtisadi Cinayətlərin İstintaqı və Təqibi Xidməti) "Oslo sazişləri"nin memarlarından biri kimi tanınan norveçli keçmiş diplomat Terye Rod-Larsen və həyat yoldaşı Mona Yuulun Epşteyn ilə əlaqələrinə dair apardığı araşdırmada Fransa ilə əməkdaşlıq protokolu imzalayıb.

Xəbərə görə, imzalanan protokol çərçivəsində ölkələr istintaqla bağlı sübutları qarşılıqlı şəkildə paylaşa biləcəklər.

"Okokrim"in baş prokuroru Mariann Bender də yerli mediaya verdiyi açıqlamada Fransanın Epşteyn ilə əlaqəli şəxslərlə bağlı bənzər bir istintaq apardığını ifadə edib.

Bu arada, "Okokrim" Epşteyn sənədlərində adları keçən Rod-Larsen və həyat yoldaşı Yuul haqqında 2011-2018-ci illərdə Epşteyndən "mühüm dəyərə malik xidmət və mənfəət" təmin etdikləri əsası ilə araşdırma aparır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru