Meşələrin Inkişafı Xidmətin çökdürən kimlərdir? VIDEO

24-10-2025, 11:28           
Meşələrin Inkişafı Xidmətin çökdürən kimlərdir? VIDEO
2018-ci ildə dövlət meşələri olan əksər rayonlarda Meşə İdarələri ləğv edildi və 2, 3, 4 və bəzən 5 rayonun meşə idarələri birləşərək 15 Regional Meşə Təsərrüfatı Mərkəzləri yaradıldı.
Bu mərkəzlərdə kadastr ştatları yaradıldı. Və onların sayəsində bir çox işlər görüldü, o cümlədən də vaxtilə meşə "quldurları"nın satdıqlar dövlət meşə fondu torpaqların əksər hissəsi üzə çıxaraq zəbtlərdən azad edildi.

Üzə çıxan bu zəbtlər bəzi Meşələrin Inkişafı Xidmətində oturan "işbaz"lara sərf etmədiyi üçün, indi də kadastr ştatın Mərkəzlərlərdən guya büdcəyə qənaət edirlər adı ilə ləğv təklifin irəli sürüblər ( *yaxın günlərdə ləğv etdirmək istəyirlər).*

Çünki əkilən əkinlərin hektarın kağız üzərində artırırlar , amma realda o yoxdur.
Belə saxta işlərə görə, onlara istəməzlər ki, əkinlərin kadastrı koordinatları ilə düzgün vurulsun və yeni zəbtlər yerində dərhal araşdırılıb barəsində tədbir görülsün.

Regional Meşə Təsərrüfatları Mərkəzlərində olan sayı-hesabı olmayan, sonradan işbazlar tərəfindən yaradılan "a" adı (*Məsələn, var 10 saylı dolay, bir də sonradan qondarma yaradılmış 10 a*) verilmiş meşə dolayların niyə ləğv edib büdcəyə qənaət etmirlər?!.

Halbuki bu işbazlar tərəfindən sonradan yaradılan sözügedən dolaylar "Meşənin təşkili" kitabında yoxdur.

Ramik Əşrəfov 2024-cü ilin birinci rübü Meşələrin Inkişafı Xidmətinə təyin olunandan sonra meşələrin "qara" günü başladı-meşələr kütləvi qırılmağa başladı, saxta təbii bərpalar, meşə əkinləri batması və s.

Araşdırmamız davam edir.
Gələcək yazılarımızda yazdığımız məqalələr dövlət meşəsinə aid işbazlar tərəfindən tərtib edilmiş saxta sənədlərlə paylaşılacaq.

Qarşı tərəfin mövqeyin dinləyib dərc etməyə hazırıq.

Nyus.Az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]