“Fast-fud bəlkə də ən düzgün qidadır” — Trampdan "qoz kimiyəm" AÇIQLAMASI

Bu gün, 00:12           
“Fast-fud bəlkə də ən düzgün qidadır” — Trampdan "qoz kimiyəm" AÇIQLAMASI
ABŞ Prezidenti Donald Tramp sağlamlıq və qidalanma mövzusunda maraqlı açıqlamalar verib.

TEREF xəbər verir ki, o, özünü çox sağlam hiss etdiyini deyərək bunu qidalanma tərzi ilə əlaqələndirib.

Tramp bildirib ki, bəzən səhhətində problem yaransa da, ümumilikdə özünü “50 il əvvəlki kimi” hiss edir:

“Əlbəttə, özümü yaxşı hiss etmədiyim günlər də olur. Belə anlarda səhiyyə naziri Bobbiyə müraciət edirəm. Amma ümumən özümü 50 il əvvəlki kimi hiss edirəm. Niyəsini özüm də bilmirəm. Yəqin, qidalanmağıma görədir”.

O, düzgün qidalanma anlayışının hər kəs üçün fərqli olduğunu da vurğulayıb:

“Kim nə bilir düzgün qidalanma necə olmalıdır? Bəlkə fast-fud elə ən düzgün qidadır, qalanları şlakdır?”
Tramp sadə yeməklərə üstünlük verdiyini bildirib:

“Mənim steykimi verin, vəssalam. Çəkisinə nəzarət edən çox adam tanıyırdım, hamısı buynuzlarını yerə qoyublar. Mən isə qoz kimiyəm!”(savashmedia.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru