Təcili Tibbi Yardım Mərkəzində kütləvi ixtisar: Yeni rəhbər işçilərə ərizə yazdırır-FOTO
Bu gün, 00:08
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yaxın saatlarda təyinat olacaq.
Tribuna.az-a özəl mənbələrdən daxil olan xəbərə görə, TƏBİB-in tabeliyində olan sözügedən quruma Kravçenko Teymur Adıleviç rəhbər gətiriləcək. Məlumatda bildirilir ki, Kravçenko artıq üç gündür işə çıxır. Təyinatı isə bu gün rəsmiləşdiriləcək.
Qeyd edilir ki, sözügedən şəxs TTYM-də çalışan bütün işçilərə göstəriş verib ki, özləri ərizələrini yazaraq, könüllü olaraq işdən ayrılsınlar. Bunu isə özünün komandasını iş başına gətirəcəyi ilə əsaslandırıb. Tribuna.az-a bildirilir ki, Kravçenko işdən çıxmayanları hədələməkdən də çəkinməyib. Belə ki, onlar işdən çıxmayacaqları təqdirdə, “köhnə məsələləri” qaldıracağını, onlarla bağlı “qanuni” tədbir görəcəyini deyib.