"Şərur MTK" ilə bağlı qalmaqal səngimir - İDDİA

2-04-2016, 13:30           
"Şərur MTK" ilə bağlı qalmaqal səngimir - İDDİA
“Şərurlu Isfəndiyar” kimi tikinti maqnatı Isfəndiyar Axundov Ağır Cinayətlərə Dair Istintaq Idarəsinə çağırılıb. Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir ki, Isfəndiyar Axundov martın 31-də orada olub. Iş adamının Ağır Cinayətlərə Dair Istintaq Idarəsinə hansı işlə bağlı və nə qismdə çağırıldığı barədə bilgimiz yoxdur.
Lakin belə iddialar var ki, o, “MTN işi”nə görə dindirilib. Qeyd edək ki, “Şərurlu Isfəndiyar”ın da keçmiş MTN şefi Eldar Mahmudov və dəstəsinin hədəfinə gələn iş adamlarından biri olduğu barədə məlumatlar var.(Azadliq.info).
***
Lakin Pravdainfo.org bildirir ki, "Şərur MTK" ilə bağlı son vaxtlar payçıların şikayətləri səngimir. Saytın elektron poçtuna bir neçə belə şikayətlər daxil olub. Şikayətçilər illərdir verdikləri külli miqdarda pul müqabilində mənzillərini əldə edə bilmirlər.:"Tikinti illərdir ləngiyir, buna susuruq. Lakin buna görə biz ödənişləri risq edib ləngidəndə bizim mənzilləri dərhal başqa müştərilərə satırlar... Bu barədə artıq Baş Prokurorluğa şikayətlər vermişik, araşdırılır", -deyə şikayətçilər yazırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru