KİLSƏ VƏ MƏSCİD!
Bu gün, 12:54

Azərbaycanda və Almaniada olan məscid və kilsələrin fəaliyyətini müqayisə edək:
AZƏRBAYCANDA:
Məscidlər insanları soymaqla məşğuldur:
1) Quran oxutdurmaq pul ilə
2) Ölən yaxınını yudurtdurmaq pul ilə
3) Məscidə verilən nazirləri mollalar yeyir.
4) Heç bir xeyriyyəçi işlərlə məşğül olmur
ALMANİYADA:
Almaniyada kilsələr, xüsusilə Katolik və Evangelist kilsələr kifayət qədər geniş xeyriyyəçilik fəaliyyəti göstərirlər. Almaniyada ən böyük kilsə xeyriyyə təşkilatlarından ikisi Caritas (Katolik) və Diakonie (Evangelist) təşkilatlarıdır. Onların sosial xidmətləri dinindən asılı olmayaraq hər kəsə açıqdır. Müsəlmanlara belə.
Əsas istiqamətlər:
1) Ali təhsil müəssisələri var. Təhsil pulsuzdur.
2) Orta məktəbləri var. Təhsil pulsuzdur.
3) Uşaq baxçaları var. Təhsil pulsuzdur.
4) Qocalar evi var.
5) Migrantlara deport gələndə gedib kilsədə qalır. 6 ay onlara pulsuz qalmağa yer və yemək verir.
7) Kasıblara maddi və ərzaq yardımı – ərzaq, geyim, gigiyena məhsulları və bəzən birdəfəlik pul yardımı.
😎 Maddi çətinlik yaşayan ailələrə yardım – kirayə, elektrik, ərzaq və digər təcili xərclərlə bağlı müəyyən hallarda dəstək.
9) Miqrant və qaçqınlara yardım – sənədləşmə, dil kursları, yaşayış məsələləri, hüquqi və sosial məsləhət.
10) Yaşlı və xəstə insanlara yardım – evdə qulluq, sosial xidmətlər, yaşlılar üçün müəssisələr.
11) Uşaqlar və ailələr üçün yardım – məktəb ləvazimatları, uşaq geyimləri, ailə məsləhət xidmətləri və s.
12) Evsizlərə yardım – isti yemək, gecələmə yerləri, duş və geyim, sosial məsləhət.
13) Borc və maliyyə problemləri üzrə məsləhət. Bəzi kilsə təşkilatlarında Schuldnerberatung mövcuddur.
14) Hamilə qadınlara və tək analara yardım, xüsusilə maddi çətinlik və ailə problemləri zamanı.
15) Təcili sosial yardım. İnsanın dövlət yardımından pul almasına qədər yaranan təcili vəziyyətlərdə müəyyən dəstək.
Yalchin Abdullayev

