İsveç Liberal Partiyasının lideri və Təhsil və İnteqrasiya naziri Simone Mohamsson televiziyada yayımlanan seçki debatına Davud Ulduzunu taxaraq qatılıb. O, bunu ölkədə artan antisemitizm fonunda yəhudi icması ilə həmrəylik əlaməti olaraq edib: "Mən Davud Ulduzunu bugünkü İsveçdə taxmağa cəsarət etməyən uşaqlar üçün taxıram." Atası Hayfada anadan olan fələstinli, anası isə şiə ailəsindən olan livanlıdır. Simone özü ateistdir. Eyni debatda o, Sol Partiyanı israilliləri qətlə yetirməkdə ittiham olunan fələstinli məhbuslara dəstək məktubları göndərdiyinə görə sərt tənqid edib. Nüşabə Şəkərova