Kənddən çıxdı, milyonların kumirinə çevrildi: "Zita və Gita"nın ulduzunun şöhrət yolu - VİDEO

Bu gün, 17:44           
Kənddən çıxdı, milyonların kumirinə çevrildi:
Hindistan kinosunun əfsanəsi Dharmendra kənd mühitindən başlayan həyatını 60 ildən çox davam edən zəngin kino karyerası ilə əbədiləşdirib.

1960-cı ildə debüt edən aktyor romantika, komediya və döyüş janrlarında 300-dən artıq filmdə rollar alaraq geniş tamaşaçı auditoriyasının sevgisini qazanıb.


Hindistan kinosunun "Xəyal qızı" Hema Malini ilə həm ekranda, həm də real həyatda qurduğu münasibət Bollivudun ən çox müzakirə edilən sevgi hekayələrindən birinə çevrilib.

"Zita və Gita", "Qisas və qanun" kimi unudulmaz filmlərdəki çıxışı aktyorun adını geniş kütlələrin yaddaşına birdəfəlik həkk edib. 2025-ci ildə 89 yaşında vəfat edən Dharmendra arxasında qoyduğu zəngin irslə kino tarixinin unudulmaz simvolu kimi yaddaşlarda qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]