"Türk qəzetləri yazdı ki, Maestro Niyazi bizim solistləri axura göndərib”.

Bu gün, 08:54           
"Türk qəzetləri yazdı ki, Maestro Niyazi bizim solistləri axura göndərib”.
“Bir gün İstanbulda orkestrlə məşq edirdim. Bu əsnada solistlər içəri girdi ki, bəs maestro, bizlə nə vaxt məşq edəcəksiniz?
Dedim ki, sizlə axırda məşq edəcəyəm.
Gördüm, tutuldular. Soruşdular, maestro, qüsurumuz nədir ki, belə qəzəbləndiniz?
Dedim, qəzəblənmək niyə? Sizlə axırda məşq edəcəyəm.
Haçandan-haçana məlum oldu ki, türklərdə “axır” sözü yoxdu.
Onlar “son” deyirlər. “Axır” sözü isə “axur” kimi başa düşülür.
Xeyli gülüşdük.
Belə hadisə heç jurnalistlərin gözündən yayınar?
Elə səhəri türk qəzetləri yazdı ki, Maestro Niyazi bizim solistləri axura göndərib”.
Maetsro Niyazi ilə Həcər xanımın övladı olmayıb.
Buna görə də qohumlarından Ceyhun adlı oğlanı övladlığa götürüblər.
Ceyhun böyüdükdən sonra nar*kotik aludəçisinə çevrilib və evdəki əşyaların hamısını satıb. Maestronun həmişə barmağında gəzdirdiyi brilyant qaşlı üzüyü və Almaniyada ona hədiyyə olunan qızıl dirijor çubuğunu da oğurlayıb satıb.
Niyazi dünyasını dəyişəndən beş il sonra Ceyhun Niyazinin evinə gələrək Həcər xanımdan pul istəyib, ancaq istədiyini əldə edə bilmədiyi üçün Həcər xanımı bo*ğaraq qə*tlə yetirərək qaçıb. Bundan sonra o, həbs olunub












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]