Rafiqin “Xətai”si – Özüyeriyən ağacların möcüzəli taleyi
Bu gün, 09:18

Bizdə bəzi məmurların qanunsuzluqları ört-basdır etmək məsələsində yaradıcılığına söz ola bilməz. Elə bil hər rayonun özünün “gizli layihələr şöbəsi”fəaliyyət göstərir.
Asfalt çəkilir,altı boş qalır. Yol çəkilir, kanalizasiya qapağına baxırsan, qapaqdır, amma kanalizasiya haradadır, Allah bilir. Bir sözlə, iş var, amma işin məntiqini tapmaq üçün xeyli düşünmək lazımdır.
Amma deyəsən, bəzi yerlərdə daha müasir üsula keçilib - qanunsuz obyekt tikmək istəyirsənsə, əvvəlcə ağacı yoxa çıxart, sonra obyektin qarşısına iri yük maşını qoy və tikintiyə başla.
Aşağıda sizə bir videogörüntü təqdim edəcək, 5 dəqiqə vaxt ayırıb mütləq baxın... Analoqsuz düşüncənin məhsuludur... Bu görüntülər Xətai rayonunun Tusi küçəsində çəkilib. Bəzi ağaclar artıq əvvəlki yerində yoxdur, onların yerində isə obyekt tikintisi aparılır. Nə gözəl mənzərədir, inkifadır, qazancdır, ağac yoxdur, əvəzində obyekt var... Qanunidir, qanunsuzdur, o Rafiq Quliyevi qəti narahat etmir, əsas odur, boş ərazi deyil... Bu mənzərəyə gülmək olarmı, olar, ağlamaq olarmı olar, qışqırmaq olarmı, olar, amma eşidən olmayacaq...
İndi obyektin qarşısında dayanan iri yük maşınına diqqət edin...
İndi təsəvvür edin, sabah soruşsalar:
- Ağac haradadır?
Cavab hazırdır: -Hansı ağac?
Soruşsalar: - Bəs bu obyekt necə tikilir?
Deyəcəklər: - Hansı obyekt?
Yük maşını barədə də sual versəniz, yəqin ki, ayrıca yaradıcı cavab tapılacaq. Bəlkə deyəcəklər ki, maşın tikinti üçün yox, "təkəri deşilib yolda qalıb"...
Bəlkə də ağacların kəsilməsini ağacların öz qərarı kimi təqdim edəcəklər - “Özləri getdilər, vallah. Biz nə edək?”

Əlbəttə, bunlar bizim satirik ehtimallarımızdır. Amma görüntülərlə bağlı ciddi sualların olduğu da göz qabağındadır.
Xətai rayonunda bu tip qanunsuz tikintilərlə bağlı müxtəlif hallar mövcuddur.Yaxşı ki, icra başçısı Rafiq Quliyev belə məsələlərə cavab vermir. Xətainin adını daşıyan bir rayonda belə biabırçılığa necə cavab vermək olar axı...
Rayon Şah İsmayıl Xətainin adını daşıyır. Xətai çox gənc yaşında dövlət qurmuşdu. İndi isə həmin adı daşıyan rayonda ağac kəsilir, qarşısında yük maşını dayanır, obyekt tikintisi aparılırsa, adam istər-istəməz düşünür - Şah İsmayıl Xətai bu mənzərəni görsəydi, yəqin ki, “Mən dövlət qurmuşdum, siz burada nə qurursunuz?” deyə soruşardı.
Ən maraqlısı bilirsiz nədir? Belə icra başçıları festivallarında və konsertlərində danışır, özünü reklam edir. Amma ağac, qanunsuz tikinti məsələsinə gələndə “səssiz rejimə” keçir. Bəlkə də onun idarəçilik qaydası belədir - konsert varsa reklam etsinlər, ağac kəsilirsə, hamı susun...
Ədil Hüseynov
@bizimesr.com Bizdə bəzi məmurların qanunsuzluqları ört-basdır etmək məsələsində yaradıcılığına söz ola bilməz. Elə bil hər rayonun özünün “gizli layihələr şöbəsi”fəaliyyət göstərir. Asfalt çəkilir,altı boş qalır. Yol çəkilir, kanalizasiya qapağına baxırsan, qapaqdır, amma kanalizasiya haradadır, Allah bilir. Bir sözlə, iş var, amma işin məntiqini tapmaq üçün xeyli düşünmək lazımdır. Amma deyəsən, bəzi yerlərdə daha müasir üsula keçilib - qanunsuz obyekt tikmək istəyirsənsə, əvvəlcə ağacı yoxa çıxart, sonra obyektin qarşısına iri yük maşını qoy və tikintiyə başla. Aşağıda sizə bir videogörüntü təqdim edəcək, 5 dəqiqə vaxt ayırıb mütləq baxın... Analoqsuz düşüncənin məhsuludur... Bu görüntülər Xətai rayonunun Tusi küçəsində çəkilib. Bəzi ağaclar artıq əvvəlki yerində yoxdur, onların yerində isə obyekt tikintisi aparılır. Nə gözəl mənzərədir, inkifadır, qazancdır, ağac yoxdur, əvəzində obyekt var... Qanunidir, qanunsuzdur, o Rafiq Quliyevi qəti narahat etmir, əsas odur, boş ərazi deyil... Bu mənzərəyə gülmək olarmı, olar, ağlamaq olarmı olar, qışqırmaq olarmı, olar, amma eşidən olmayacaq... İndi obyektin qarşısında dayanan iri yük maşınına diqqət edin... İndi təsəvvür edin, sabah soruşsalar: - Ağac haradadır? Cavab hazırdır: -Hansı ağac? Soruşsalar: - Bəs bu obyekt necə tikilir? Deyəcəklər: - Hansı obyekt? Yük maşını barədə də sual versəniz, yəqin ki, ayrıca yaradıcı cavab tapılacaq. Bəlkə deyəcəklər ki, maşın tikinti üçün yox, "təkəri deşilib yolda qalıb"... Bəlkə də ağacların kəsilməsini ağacların öz qərarı kimi təqdim edəcəklər - “Özləri getdilər, vallah. Biz nə edək?”  Əlbəttə, bunlar bizim satirik ehtimallarımızdır. Amma görüntülərlə bağlı ciddi sualların olduğu da göz qabağındadır. Xətai rayonunda bu tip qanunsuz tikintilərlə bağlı müxtəlif hallar mövcuddur.Yaxşı ki, icra başçısı Rafiq Quliyev belə məsələlərə cavab vermir. Xətainin adını daşıyan bir rayonda belə biabırçılığa necə cavab vermək olar axı... Rayon Şah İsmayıl Xətainin adını daşıyır. Xətai çox gənc yaşında dövlət qurmuşdu. İndi isə həmin adı daşıyan rayonda ağac kəsilir, qarşısında yük maşını dayanır, obyekt tikintisi aparılırsa, adam istər-istəməz düşünür - Şah İsmayıl Xətai bu mənzərəni görsəydi, yəqin ki, “Mən dövlət qurmuşdum, siz burada nə qurursunuz?” deyə soruşardı. Ən maraqlısı bilirsiz nədir? Belə icra başçıları festivallarında və konsertlərində danışır, özünü reklam edir. Amma ağac, qanunsuz tikinti məsələsinə gələndə “səssiz rejimə” keçir. Bəlkə də onun idarəçilik qaydası belədir - konsert varsa reklam etsinlər, ağac kəsilirsə, hamı susun... Ədil Hüseynov #kesfetteyiz ♬ orijinal səs - BizimƏSR MEDİA (Наш век)

