Bakıda qanlı insident - İcra başçısının atası adam vurub?

Bu gün, 11:43           
Bakıda qanlı insident - İcra başçısının atası adam vurub?
Avqustun 26-da saat 18:00 radələrində Bakı şəhərinin Azadlıq prospekti 149 ünvanında yerləşən çay evlərindən birində insident baş verdiyi iddia olunur

Bizimesr.media xəbər verir ki, bu barədə Jurnalist Samir Feyruzov facebook sosial şəbəkə hesabında paylaşım edib.

Hadisə zamanı Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin atası olduğu bildirilən Məhəmməd Abdullayevin Aqil adlı şəxsin baş nahiyəsinə küt alətlə zərbə endirdiyi iddia edilir.

Məlumata əsasən, hadisə nəticəsində zərərçəkənin baş nahiyəsindən xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi bildirilir.

Hadisə ilə bağlı Məhəmməd Abdullayevin Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin atası olub-olmadığını dəqiqləşdirmək məqsədilə icra başçısı ilə əlaqə saxlanılıb. Səbuhi Abdullayev məsələni nə təsdiq, nə də təkzib edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]