Rəhbərlərin məhəl qoymadığı xüsusiyyət: İşçilərin xoşbəxtliyi nədən aslıdır?

28-10-2025, 17:24           
Rəhbərlərin məhəl qoymadığı xüsusiyyət: İşçilərin xoşbəxtliyi nədən aslıdır?
Kollektivdə sağlam və motivasiyaedici mühit yaratmaq üçün rəhbər ilə işçilər arasında qarşılıqlı etimad vacibdir.

İnc.com xəbər verir ki, 2024-cü ildə aparılan və bir milyondan çox iştirakçını əhatə edən meta-analizin nəticələrinə görə, məhz etimad əməkdaşların rifahına ən güclü təsir göstərən amillərdəndir.

Tədqiqatı Çin Xalq Universitetinin Psixologiya fakültəsindən Minşyan Cao və İsyuan Li rəhbərliyi ilə bir qrup alim aparıb. Onlar iki əsas etimad növünü araşdırıblar:

1.şəxslərarası etimad (əməkdaşlar arasında),

2.institusional etimad (işçilərin rəhbərliyə və şirkətə inamı).

Hər iki növün insanların sosial, psixoloji və qismən fiziki rifahı ilə güclü əlaqəsi olduğu müəyyən edilib.

Etimadı necə artırmaq olar?

1.Dürüst olun: Əməkdaşların sizə inanmasını istəyirsinizsə, onlarla ədalətli və açıq davranın. İşçilərin yarısı şirkətdə baş verənlər barədə məlumat azlığının onlarda stres yaratdığını deyib. Buna görə də, vacib olan – həqiqəti gizlətməməkdir.

2.Proqnozlaşdırıla bilən olun: İlon Mask kimi qeyri-adi qərarlar verən liderlər diqqət çəkir, amma etimad Uorren Baffet kimi ardıcıl və sabit rəhbərlərə yönəlir.

“İşçilər sizin nə deyəcəyinizi və nə edəcəyinizi öncədən təxmin edə bildikcə, sizə daha çox güvənirlər,” deyə Inc.com vurğulayır.

3.İnsanlara güvənin: Araşdırmalar göstərir ki, etimad mühiti olan şirkətlər daha səmərəli işləyir. Məsələn, işçini hər çıxışda axtarışdan keçirmək onun şirkətə olan inamını sarsıdır və bağlılığını azaldır.

4.İşçilərin bir-birinə inanmasına kömək edin: Bir-birinə etibar edən komanda daha məhsuldar və sabit olur. Bu münasibətləri gücləndirmək üçün rəhbərlər əməkdaşları ortaq layihələrə cəlb etməli, nailiyyətləri ədalətli bölməli və müxtəlif bölmələrdən insanları bir araya gətirməlidirlər.

Birgə tədbirlər, qeyri-rəsmi görüşlər və komanda işi də etimadı artırır.

Nəticə

Alimlərin fikrincə, işçilərin xoşbəxtliyi təkcə maaş, ofis şəraiti və ya elastik qrafikdən deyil, etimaddan asılıdır. Rəhbərlər səmimilik, ardıcıllıq və qarşılıqlı inam mədəniyyəti formalaşdırsalar, bu, həm kollektivin rifahını, həm də şirkətin ümumi nəticələrini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]