“Körpü Bina Tikinti”dən şikayət: Məcburi iş... ağır xəsarət...

6-05-2026, 10:08           
“Körpü Bina Tikinti”dən şikayət: Məcburi iş... ağır xəsarət...
Körpü Bina Tikinti şirkəti barədə redaksiyamıza şikayət daxil olub.

“Xəbərsiz”ə müraciət edən şikayətçinin iddiasına görə, şirkətdə çalışan İbadullayev Novruz Xaləddin oğlu rəhbərlik tərəfindən vəzifə səlahiyyətlərinə daxil olmayan işlərə cəlb olunub.

Zərərçəkmişin bildirdiyinə görə, məhz bu məcburi iş zamanı o, baş nahiyəsindən xəsarət alıb. Hadisə nəticəsində onun əmək qabiliyyətini itirdiyi, hazırda işləyə bilmədiyi qeyd olunur.

Şikayətçinin sözlərinə görə, aldığı zərbədən sonra başında ağrılar, şiş və digər sağlamlıq problemləri yaranıb.

Məsələ ilə bağlı o, şirkət rəhbərliyinin, o cümlədən şirkətin rəhbəri Göyüşov Xəlilin hər hansı dəstək göstərmədiyini iddia edir.

Zərərçəkmiş həm maddi, həm də mənəvi baxımdan çətin vəziyyətdə olduğunu bildirir.

İdiallarla bağlı şirkətlə əlaqə saxlamağa çalışsaq da, çoxsaylı zənglərimiz cavabsız qaldı.

Qeyd edək ki, əmək qanunvericiliyinə əsasən, işçilərin vəzifə səlahiyyətlərindən kənar işlərə məcbur edilməsi və iş yerində təhlükəsizlik qaydalarının pozulması ciddi hüquqi məsuliyyət yaradır












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru