Azərbaycanda daha bir bank bağlandı “Azərbaycan Kredit Bankı”

15-07-2015, 16:09           
Azərbaycanda daha bir bank bağlandı “Azərbaycan Kredit Bankı”
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 10 iyul 2015-ci il tarixli, 27 nömrəli qərarı ilə “Azərbaycan Kredit Bankı” ASC-nin bank lisenziyası ləğv edilib. Mərkəzi Bankdan "APA-Economics”ə verilən məlumata görə, bu qərar bankın məcmu kapitalın minimal məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, eləcə də Mərkəzi Bankın verdiyi yazılı göstərişlərini yerinə yetirmədiyinə görə verilib.

Bank lisenziyasının ləğvi barədə qərar 16 iyul 2015-ci il tarixində qüvvəyə minəcək. Məlumat verildiyi kimi, 13 iyul 2015-ci il tarixindən Mərkəzi Bank tərəfindən “Azərbaycan Kredit Bankı”na təyin olunmuş müvəqqəti inzibatçı bankda idarəetməni həyata keçirir. Mərkəzi Bank bir daha bildirir ki, “Azərbaycan Kredit Bankı”nda əhalinin əmanətləri üçün heç bir təhlükə yoxdur və onların tam məbləğdə qaytarılması üçün bankda yetərli likvid vəsaitlər mövcuddur. Hazırda bankda əhalinin əmanətlərinin geri qaytarılması prosesi gedir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]