Azərbaycanda cinayət törətmiş qadınlar- Statistika

17-07-2015, 15:46           

Dövlət Statistika Komitəsi modern.az saytının yazılı sorğusunu cavablandırıb.


“Qafqazinfo”nun məlumatına görə, sorğu cinayət törətmiş qadınların ümumi sayı və bu sayda artımın olub olmaması, həmçinin son 5 ilin statistik göstəricisi ilə bağlı idi.

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Rafael Süleymanov bildirib ki, cinayət törətmiş qadınların sayında ilbəil azalma müşahidə olunur: “2010-cü illə müqayisədə 2014-cü ildə cinayət törətmiş qadınların sayı 2.4 dəfə azalıb. Belə ki, 2010-cü ildə 2 318, 2011-ci ildə 2 074, 2012-ci ildə 1 677, 2013-cü ildə 1 012, 2014-cü ildə 971 nəfər cinayət törətmiş qadın olub”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]