Türkiyədə maraqlı hadisə: Meşəyə göbələk yığmağa getmişdi, inanılmaz tapıntıya imza atdı

10-10-2025, 17:44           
Türkiyədə maraqlı hadisə: Meşəyə göbələk yığmağa getmişdi, inanılmaz tapıntıya imza atdı
Türkiyədə meşəyə göbələk yığmağa gedən Şenol Diktepe təsadüfən meteorit tapıb.

Bu barədə "Haber Global" məlumat yayıb.

Bildirilib ki, Karabük vilayətinin Eskipazar rayon sakini istirahət zamanı quruluşuna və çəkisinə görə digər daşlardan fərqlənən bir parça tapıb. O, maraqlı tapıntını Karabük Universitetinin mütəxəssislərinə təqdim edib.

Aparılan analizlər nəticəsində təxminən 250 qram ağırlığında olan daşın həqiqətən də səma cismi - meteorit olduğu müəyyən edilib.

"Daşın fərqli və ağır olduğunu hiss etdim, maraq üçün götürdüm. Professorumuz baxanda bunun meteorit olduğunu söylədi", - deyə Diktepe bildirib. O, tapıntısına görə çox sevindiyini də əlavə edib.

Diktepe onu da qeyd edib ki, daşın tərkibindəki metallara dair daha ətraflı analiz aparılacaq.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru