Türkiyədə Ukrayna ilə bağlı birbaşa danışıqlara ev sahibliyi etməyə davam edəcək

11-10-2025, 11:34           
Türkiyədə Ukrayna ilə bağlı birbaşa danışıqlara ev sahibliyi etməyə davam edəcək
“Türkiyə Ukraynada münaqişənin sülh yolu ilə həll olunması üçün səy göstərəcək”.
APA xəbər verir ki, bunu Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın deyib.

O bildirib ki, Türkiyə Rusiya və Ukrayna arasında birbaşa danışıqlarda vasitəçi rolunu oynayacaq və bu məqsədlə İstanbulda onlara ev sahibliyi etməyə davam edəcək.

“Rusiya və Ukrayna nümayəndə heyətləri uzun fasilədən sonra üç ay ərzində İstanbulda üç raund birbaşa danışıqlar apardı. Türkiyə bundan sonra da bu görüşləri qəbul etməyə və vasitəçi rolunda çıxış etməyə davam edəcək”, - o deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru