Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

13-10-2025, 08:44           
Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu
Türkiyənin "Zafer Air" aviaşirkətinə məxsus təyyarə Rusiyanın İrkutsk hava limanında qanadı ilə mikroavtobusa dəyib.

"RenTV" xəbər verir ki, "Gulfstream" təyyarəsi Şanxaya uçmalı idi, lakin dayanacaqdan çıxarkən qanadı ilə mikroavtobusa dəyib.

Baykal nəqliyyat polisinin məlumatına görə, təyyarədə altı sərnişin və dörd ekipaj üzvü olub. Heç kim xəsarət almayıb. Lakin həm mikroavtobusa, həm də təyyarəyə ziyan dəyib.

Baykal Nəqliyyat Prokurorluğu uçuşların təhlükəsizliyi ilə bağlı araşdırmaya başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru