"Tatarıstan Rusiya-Ukrayna müharibəsinə əsgər göndərməli deyil." - Minnixanov qətiyyətlə bəyan etdi...

15-10-2025, 11:14           
"Tatarıstan Rusiya-Ukrayna müharibəsinə əsgər göndərməli deyil." -
“2010-cu ildən Tatarıstan Respublikasının Prezidenti (Rəisi) olan Rüstəm Nurqali oğlu Minnexanov birmənalı şəkildə bəyan etdi ki, Tatarıstan Rusiya-Ukrayna müharibəsinə əsgər göndərməli deyil. Çünki Tatarıstanın insan resursları son dərəcə məhduddur. Yaxşı olar ki, əhalinin sıxlığı ilə seçilən Moskva və Sankt-Peterburqdan əsgər toplasınlar...”.

Sitat.info xəbər verir ki, bu barədə siyasi şərhçi Elbəyi Həsənli bildirib.

Onun sözlərinə görə, bu, son dərəcə ciddi bəyanatdır:

“Rusiyanın qeyri-ruslar yaşayan bölgələrindən bu kimi çağırışlar getdikcə daha inadla səslənir. İmperialist Rusiya isə müharibədən istifadə etməklə Rusiyadakı etnik azlıqları, yəni qeyri-rusları məhv etməyə çalışır...

Xatırladım ki, Tatarıstan prezidenti İlham Əliyev tərəfindən "Dostluq" ordeni ilə təltif edilib. Yəni o, Tatarıstanla Azərbaycanın yaxşı münasibətlərə sahib olması üçün ciddi işlər görüb. Türkiyə ilə də Tatarıstan arasında xoş münasibətlərin olması təqdirəlayiqdir. Rusiyanın təzyiqlərinə baxmayaraq, Rəis bunu da bacarıb. Bu faktdır ki, Türkiyənin Rusiyaya qoyduğu sərmayənin üçdə biri Tatarıstanın payına düşür. Əlbəttə, bu, təsadüfi deyil...”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru