Əkbər Şahın özbəklərin üçlü ittifaqına etirazı: "Səfəvilər Peyğəmbər ailəsindəndirlər, biz onlara yardım etməliyik”
23-10-2025, 15:54

Əkbər Şahın özbəklərin üçlü ittifaqına etirazı: "Səfəvilər Peyğəmbər ailəsindəndirlər, biz onlara yardım etməliyik”
- Şah Cahangir və Şah Abbas bir-birinə "canım qədər doğma qardaşım" deyirdilər
Moğol imperatoru Əkbər Şah, özbək hökmdarı Abdullah xanın Osmanlılarla birlikdə Səfəvilərə qarşı ittifaq təklifini rədd etmişdi.
Əksinə, Osmanlıların Səfəvilərlə bağlanan müqavilələri pozduğunu bildirərək, üçtərəfli – Moğollar, Özbəklər və Səfəvilər arasında Osmanlıya qarşı ittifaq yaratmağı təklif etmişdi.
Məktubunda belə yazırdı:
“.. Onlar Peyğəmbər ailəsindən olduqları üçün biz onlara [səfəvilərə] yardım etməliyik. Mən İraq və Xorasan istiqamətində hərəkət edəcəyəm, sən də öz diyarından çıx ki, bu, iki dənizin görüşünə bənzəsin.”
Amma özbək hökmdarı Əkbərin planına qoşulmaqdan ehtiyat etdi.
1615-ci ildə Osmanlıların Moğol sarayına göndərdiyi elçilik missiyası da uğursuz oldu. Məqsəd – Cahangiri Səfəvilərə qarşı qaldırmaq idi. Lakin Osmanlı elçisinin təklifindən hökmdar elə hiddətlənəndi ki, elçi torpağa düşüb bağışlanmasını istəməyə məcbur oldu və daha sonra hökmdarın hüzurundan qovuldu.
Hökmdarın belə qəzəblənməsinin səbəbi Cahangirin Səfəvilərlə, xüsusilə Şah Abbas I ilə yaxın münasibətləri idi. O, daha atasının sağlığında Abbasla məktublaşır, hədiyyələr alırdı. Hər iki hökmdar bir-birinə – "canım qədər doğma qardaşım” deyə müraciət edirdi.
İstinadlar: "The Akbarnama" of Abul Fazl Vol. 3 və "Mughal-Ottoman relations", by Naimur Rehman Farooqi
Milli Kimlik
TEREF

