Qazaxıstan səmasında güclü partlayış - Nə baş verir?

23-10-2025, 15:49           
Qazaxıstan səmasında güclü partlayış - Nə baş verir?
Qazaxıstanın qərb bölgəsində naməlum mənşəli pilotsuz uçuş aparatının partlayışı qeydə alınıb.

Hadisə Burli rayonu ərazisində, yaşayış məntəqələrindən uzaq zonada baş verib. Modern.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Rəsmi məlumata görə, dronun qalıqları hadisə yerində aşkar edilib, xəsarət alan yoxdur, maddi zərər qeydə alınmayıb.

“Hadisə yerində səlahiyyətli dövlət qurumları ilə birgə baxış keçirilir, insidentin səbəbləri və obyektin mənşəyi müəyyənləşdirilir”, - deyə Qazaxıstan Müdafiə Nazirliyindən bildirilib.

Qurum əlavə edib ki, hava məkanına nəzarət gücləndirilib, dövlət sərhədini icazəsiz keçə biləcək hava obyektlərinin qarşısının alınması üçün əlavə tədbirlər görülür.

Nazirliyin məlumatına əsasən, məsələ ilə bağlı xarici tərəfdaşlarla da məsləhətləşmələr aparılır. Onlara bu pilotsuz aparatların potensial mənsubiyyəti barədə sorğular göndərilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru