Türk millətini tarixdən silsən yerdə tarix adına heç nə qalmaz

28-10-2025, 15:04           
Türk millətini tarixdən silsən yerdə tarix adına heç nə qalmaz
"Tarixi faktlar sübut edir ki, ingilislərin 100 il idarə edə bilmədiyi Hindistanı, əsas da onun şimal hissəsini 1300 ildən çox türklər idarə edib.Avropanın 60 il idarə edə bilmədiyi ərəb ölkələri də təqribən 1000 il türk milləti tərəfindən idarə olunmuşdur.İran (Persia) adlanan ərazini də 1300 ildən çox biz türklər idarə etmişik.Qürur duyulası tariximiz var. Hələ Assurları, Misiri məğlub edən, Ərəb Xilafətini ələ keçirən, dünyanın 3 qitəsində yüzillərlə söz sahibi olan türkləri demirəm. Roma papasını diz çökdürən Atillanın (Hun) İmperiyasını, Çini lərzəyə gətirmiş, Böyük Çin Səddini tikməyə səbəb olmuş Asiya Hun İmperiyasını, 300 il Rusiyada ağalıq edən, 3 Xaç Yürüşünü darmadağın edən, Şərqi Roma İmperiyasını çökdürən, Vyana qapılarına qədər gedib çıxan türkləri, Çingizxanın Monqol İmperiyasını, 600 il ən güclü və uzunömürlü dövlətlərdən olmuş Osmanlı İmperiyasını da bunun üstünə gələk. Belə olanda baxırsan ki, 2500 il Asiyanın, 1500 il Avropanın böyük bir qisminin, 400 il Afrikanın şimal hissəsinin taleyini həll edən türk millətinin tarixini silsən yerdə heç nə qalmaz.".
Aydın Qasımlı, fəlsəfə doktoru, türkoloq, tədqiqatçı.
Sitat onun "Türklər" kitabındandır.
Türk dünyasının fəxri olan Atillanı, Tomrisi, Gül Tigini, Alparslanı, Çingizxanı, Əmir Teymuru, Toxtamışı, Mamay Xanı, Sultan Mehmet Fatehi, Babur Şahı, Hüseyn Baykaranı, Şah İsmayılı, Nadir Şahı ehtiramla anırıq !
Azərbaycanlıların səhifəsi
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru