Niyə İsveç kralı öz məmurunu Qızılbaş nişanlı gerb ilə təltif etdi? – inanılmaz tarixi fakt!

Dünən, 11:04           
Niyə İsveç kralı öz məmurunu Qızılbaş nişanlı gerb ilə təltif etdi? – inanılmaz tarixi fakt!
17-ci əsrdə Qızılbaş dövləti dünyanın ən böyük ipək istehsalçılarından biri idi. Lakin Osmanlı ilə münasibətlər Səfəvilərin ticarət yollarını bağlayırdı və buna görə də o dövrdə Baltik dənizinin böyük gücü olan İsveç qərara gəldi ki, Səfəvi ipəyini birbaşa öz limanlarına gətirsin.
Bunun üçün İsveç, Qızılbaş dövlətinə elçi olaraq polkovnik-leytenant Ludviq Fabritiusu təyin etdi.
O, aylarla səyahətdən sonra paytaxt İsfahana çatdı. Orada Səfəvi Şahı Süleymanın hüzurunda Avropaya yeni ticarət yolunu, İsveçə aid Narva (indiki Estoniya) limanı vasitəsilə sınamağa razı saldı. Bir neçə il sonra Səfəvi nümayəndələri Stokholma gəldi, bu Səfəvilərin İsveçə ilk rəsmi səfəri idi.
5 il müddətində İsveçin Səfəvi dövlətindəki səfirliyi dönəmində Fabritius, ticarət sahəsində böyük müqavilələr imzalayaraq İsveç və Səfəvi əlaqələrini yüksək səviyyəyə çatdırdı.
O, həmçinin Səfəvi hökmdarı və Qızılbaşlar arasında böyük nüfuza sahib oldu. Fabritius Səfəvi və Qızılbaş mədəniyyətini və geyim tərzini xüsusilə Qızılbaş türbanını mənimsəyərək oraya uğurla adaptasiya oldu.
İsveç kralı Lüdviq Fabritiusun bu uğurlu nailiyyətindən o qədər məmnun oldu ki, 1687-ci ildə onu "Cəngavər" fəxri titulu ilə təltif edərək, Fabritius ailəsini "Adliga ätten Fabritius nr. 1120” adıyla İsveç aristokrat reyestrinə daxil etdi.
İsveç kralı Ludviq Fabritiusa ailəsinin gerbinə Qızılbaş dövlətinin "Aslan və Günəş" simvolunu və Qızılbaş papağının nişanını daxil etməyə icazə verdi. Fabritius ailəsinin Qızılbaş gerbi İsveçin "Riddarhuset" (Zadəganlar evi) arxivində saxlanılır.
Vahid İbayev












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]