Bölgədə formalaşan durum PKK-nın ləğvini labüd edir.

27-10-2025, 08:14           
Bölgədə formalaşan durum PKK-nın ləğvini labüd edir.
PKK terror təşkilatı Türkiyədən bütün silahlı qüvvələrini geri çəkdiyini bəyan edib. Bu PKK-nın tərksilah olunmasında növbəti mərhələdir. Əslində PKK lideri Abdullah Öcalanın aylar öncə həbsxanadan səsləndirdiyi çağırış terror təşkilatının ləğvinin zəruriliyi ilə bağlı idi. PKK-nın başqa alternativi yoxdur. Türkiyə ordusunun illərdir PKK ilə mübarizəsi nəticə vermək üzrədir. PKK onsuz da Türkiyə içində fəaliyyət qabiliyyətini itirmişdi. Buna baxmayaraq, Türkiyə ərazisində azsaylı terrorçuların geri çəkilməsinin əhəmiyyəti var. Bu o deməkdir ki, PKK keçmiş illərdə olduğu kimi Türkiyədə terror fəaliyyətini davam etdirə bilməyəcək. Bölgədə formalaşan durum da PKK-nın ləğvini labüd edir. PKK-nın fəaliyyət göstərdiyi iki dövlətin – İraq və Suriyanın ərazisində formalaşan yeni durum terrorçuların tərksilah olunmasını diqtə edir. İraq hökuməti və İraqın şimalındakı kürd muxtariyyətinin liderləri Türkiyə ilə əməkdaşlığı genişləndirmək naminə PKK terrorçularının tərksilah olunmasını vacib hesab edirlər. Suriyada hakimiyyət dəyişikliyindən sonra PKK-nın bu ölkədə fəaliyyət imkanları da daralmaq üzrədir.
Elxan Şahinoğlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru