“Türkiyə də Qəzza prosesinə daxil olacaq” - Donald Tramp

27-10-2025, 16:47           
“Türkiyə də Qəzza prosesinə daxil olacaq” -
ABŞ Prezidenti Donald Tramp İsrail hökumətinin və bəzi Qərb mediasının “Türkiyəsiz Qəzza planı”na son qoyaraq, bölgədə yaradılacaq Beynəlxalq Sabitlik Qüvvəsinə Türkiyənin də daxil olacağını açıqlayıb.

Tramp bu bəyanatı Cənub-Şərqi Asiya Ölkələri Birliyi (ASEAN) Zirvəsinə qatılmaq üçün Uzaq Şərqə səfəri zamanı verib.

“Hazırda hər şey yaxşı gedir, ABŞ-nin birbaşa müdaxiləsinə ehtiyac yoxdur. Əhəmiyyətli ölkələr məsələnin həllini tapmaq üzrədir. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətər bu prosesdə əsas rol oynayır. Onların yanında bir çox ölkə var. Türkiyə də bu prosesə daxildir. Həmçinin İndoneziya, İordaniya və Misir kimi regiondan bir qədər uzaq ölkələr də iştirak edir. Hamı bu prosesə cəlb olunub”, -deyə o qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru